Nicat Abasov Dünya kubokunda 4-cü oldu

16:38 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən şahmat üzrə Dünya kuboku başa çatıb.

Hafta.az xəbər verir ki, bu gün keçirilən tay-brek görüşlərindən sonra mükafatçılar müəyyənləşib. Finalda Norveçli Maqnus Karlsen hindistanlı Rameşbabu Praqqnanandha üzərində ümumilikdə 2,5:1,5 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya kubokunda 4-cü olub.

Qeyd edək ki, Dünya kubokunun üç qalibi Namizədlər Turnirində oynamaq hüququ qazanıb.